Neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri
Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri
№ | Neft məhsulları | İstehsalçı tarifi | Aksiz | Təchizat tarifinin yuxarı həddi (ƏDV ilə) | Topdansatış tarifi (ƏDV ilə) | Yol vergisi | Pərakəndə satış tarifi (ƏDV ilə) | ||
dərəcəsi | məbləği | ||||||||
manat/ton | % | manat/ton | manat/ton | manat/ton | manat/ton | manat/ton | manat/litr | ||
I | II | III | IV | V | VI | VII | VIII | IX | X |
1. | Avtomobil benzini (Aİ-92) | 687,36 | 42,5 | 292,13 | 20,0 | 1175,8 | 26,2 | 1310,0 | 1,00 |
2. | Dizel yanacağı | 573,24 | 18,3 | 104,90 | 20,0 | 820,2 | 23,8 | 952,0 | 0,80 |
3. | Bitum (BN-60/90, BNB-60/70) | 305,39 | 11,0 | 33,59 | 400,0 | ||||
4. | Bitum (MQO) | 60,08 | 34,0 | 20,43 | 95,0 | ||||
5. | Bitum (BNV, BNB-70/30, BNB-85/25) | 161,73 | 31,0 | 50,14 | 250,0 |
Qeydlər:
1. Tariflərə ölkə daxilində istehsal olunan və satılan neft məhsulları üzrə qanunvericiliklə müəyyən edilmiş vergilər daxil edilmişdir
2. Şirkətdaxili tariflərə vaqonların yüklənməyə verilməsi, onların təmizlənməsi, yüklənməsi və yüklərin yola salınması üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı şəhərindəki dayanacaqlarına çatdırılması xərcləri daxil edilmişdir.
3. Topdansatış tariflərə təchizat tarifləri daxil edilmişdir.
4. Topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə (ötürücü boru xətti ilə nəql istisna olmaqla) qədər daşınması və saxlanması ilə bağlı xərclər daxil edilmişdir.
5. Pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan xərclər daxil edilmişdir.
6. Neft məhsullarının satışı istehsalçı tərəfindən topdansatış tariflərindən təchizat tarifləri çıxılmaqla və yol vergisi əlavə edilməklə, təchizat müəssisələri tərəfindən isə yol vergisi əlavə edilməklə topdansatış tarifləri ilə həyata keçirilsin.
7. Neft məhsullarının ötürücü boru xətləri ilə təchizat tarifi 1 ton üçün ƏDV ilə birlikdə 3,0 manat müəyyən edilsin.
8. Mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən neft məhsullarının topdan və pərakəndə satışı bu qərarla təsdiq edilmiş tariflərlə, yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışı isə topdansatış tariflərinə yol vergisi əlavə edilməklə həyata keçirilsin.
9. Bu qərarda göstərilən neft məhsulları idxal olunduqda onların satışı qanunvericiliklə müəyyən edilmiş rüsum və vergilər ödənilməklə, bu qərarla təsdiq edilən topdansatış və pərakəndə satış tarifləri əsasında, yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışı isə topdansatış tariflərinə yol vergisi əlavə edilməklə həyata keçirilsin.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq Qərarlarının siyahısı
1. 2015-ci il 14 yanvar tarixli 2 nömrəli Qərar
2. 2016-cı il 28 noyabr tarixli 16 nömrəli Qərar
3. 2017-ci il 14 iyul tarixli 8 nömrəli Qərar
4. 2021-ci il 4 yanvar tarixli 1 nömrəli Qərar
5. 2022-ci il 26 iyul tarixli 4 nömrəli Qərar
6. 2022-ci il 31 avqust tarixli 10 nömrəli Qərar