İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Müntəzəm verilən suallar

Sual:

Qərarları necə əldə etmək olar?

Cavab:

Qərarlar kütləvi informasiya vasitələri ilə yayımlanır və Şuranın internet səhifəsində yerləşdirilir. Eyni zamanda, qəbul edilmiş qərarlara dair məlumatları Tarif (qiymət) Şurasının Katibliyinə müvafiq qaydada müraciət etməklə əldə etmək olar.

Sual:

Tarif (qiymət) Şurasında qərarlar necə qəbul edilir?

Cavab:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydalarıyla təsdiq edilmiş formaya uyğun olaraq subyektlər tərəfindən dövri olaraq hər il martın 1-dək hesabat materialları Tarif (qiymət) Şurasına təqdim edilir. Həmin materiallar təhlil edilir və aşağıdakı hallarda qiymətlərin yenidən tənzimlənməsi həyata keçirilir: 

- Obyektiv səbəblərdən malların (xidmətlərin) istehsal xərclərinin artması və ya azalması zamanı;
- Qiymətlərin dəyişdirilməsi üzrə subyektlərin təklifləri müəyyən olunmuş tələblər əsasında hazırlanaraq təqdim edildiyi və əsaslandırıldığı halda;
- Dünya bazarında qiymətlərin kəskin dəyişməsi və ölkədə yaranmış sosial-iqtisadi vəziyyətdən asılı olaraq.
- Zəruri hallarda Şuranın təşəbbüsü ilə də qiymətlərin tənzimlənməsi aparıla bilər.

Subyektlər malın (xidmətin) qiymətinin dövlət tənzimlənməsinin təmin edilməsi məqsədi ilə həmin Qaydada nəzərdə tutulan   sənədləri və məlumatları Şuraya təqdim edirlər:
Subyektlər normativ hüquqi aktlarla müəyyən olunmuş formada hesabat dövrləri üzrə yekun göstəriciləri Şuraya təqdim edirlər.

Bu qaydalarla müəyyən olunmuş formaya uyğun olaraq subyektlər tərəfindən qiymətlərin tənzimlənməsi üçün təqdim olunan materiallara baxılması və müvafiq qərarla təsdiq edilməsi onların xüsusiyyətlərindən, həcmindən, baxılma zəruriliyindən və digər amillərdən asılı olaraq Şura tərəfindən qəbul edilmiş təlimata uyğun olaraq həyata keçirilir.

Qiymətlərin tənzimlənməsinə dair subyektlərin təşəbbüslərinə əsasən təqdim olunmuş layihələrdəki qiymətlərin sayından asılı olaraq 1 (bir) aya qədər müddət ərzində baxılaraq münasibət bildirilir. Bu müddət, qiymət layihələrinin əsaslandırılması üzrə son məlumatın daxil olduğu gündən hesablanır. Layihənin baxılması üçün müəyyən olunmuş sənədlər və məlumatlar tam təqdim edilmədikdə, Şuranın Katibliyi müraciət daxil olduğu tarixdən 5 (beş) iş günündən gec olmayaraq çatışmazlıqlar barədə subyektlərə yazılı məlumat verir, çatışmayan sənədlər və məlumatlar subyektlər tərəfindən 5 (beş) iş günü müddətində rəsmi qaydada təqdim edilir.
Qiymət layihələrinin iqtisadi cəhətdən düzgün əsaslandırılmasının təmin edilməsi məqsədi ilə maya dəyərinə aid edilən xərc maddələri, vergilər, mənfəət  və digər elementlər dəqiq araşdırılır. Bu zaman maya dəyərinə, qiymətlərə dair maraqlı tərəflərin (istehlakçıların) irad və təkliflərinə baxılır və onlar əsaslı olduqda nəzərə alınır.

Hazırlanmış layihələr Katibliyin təklifləri əsasında Şuranın üzvləri ilə müzakirə edilir və  gündəliyinə daxil edilir. Şuranın iclaslarında baxılan sənədlər Şuranın Əsasnaməsinə uyğun olaraq rəsmiləşdirilir.

Subyektlərin məhsullarının (xidmətlərinin) qiymətlərinin   tənzimlənməsinə zərurət yarandıqda, Şura bu işin icrasını qısa müddətdə təmin edir.

Subyektlər üzrə təsdiq edilmiş qiymətlər cədvəl şəklində sənədləşdirilir. Bu sənədin ümumi göstərişlər bölməsində məhsulun (xidmətin göstərilməsi) satış şərtləri və xüsusiyyətləri əks etdirilir.

Müəyyən edilmiş siyahı üzrə dövlət orqanları təsdiq olunmuş qiymət cədvəlləri ilə təmin edilir və qiymətlər kütləvi informasiya vasitələri ilə elan olunur.

Sual:

Tarif (qiymət) Şurası hansı sektorlarda qiymətləri tənzimləyir?

Cavab:

Tarif (qiymət)  Şurası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin)   Siyahısı”na daxil olan 39 sahə üzrə qiymət tənzimləməsini həyata keçirir

Həmin qərarın mətni ilə saytımızda tanış ola bilərsiniz.




© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası