İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

XƏBƏRLƏR

31.07.2008

AZƏRBAYCAN RESPUBLİKASI TARİF (qiymət) ŞURASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR

  2008-ci il 30 iyul tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir.
  İclasda Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilən xidmətlərin tariflərə dəyişiklik edilməsi, küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün reklam tarifləri, dövlət mühafizəsinə götürülmüş abidələr və onların ərazisində göstərilməsi nəzərdə tutulan xidmətlərin tarifləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq biletinin verilməsi qiyməti ilə bağlı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.

ətraflı

26.07.2008

“Tənzimləmə və Tariflər” mövzusunda seminar başa çatmışdır

İyulun 21-25-də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi, Kommunal Xidmətlərin Tənzimlənməsi üzrə Milli Assosasiyanın (NARUC), Enerji Tənzimləyicilərinin Regional Assosasiyasının (ERRA) və Tarif (qiymət) Şurasının təşkilatçılığı ilə keçirilən “Tənzimləmə və Tariflər” mövzusunda seminar başa çatmışdır.

ətraflı

17.07.2008

2008-ci il 21-25 iyul tarixlərində Bakıda “Tənzimləmə və Tariflər” mövzusunda seminar keçiriləcək

Cari ilin 21-25  iyul tarixlərində Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi, Kommunal Xidmətlərin Tənzimlənməsi üzrə Milli Assosasiyanın (NARUC), Enerji Tənzimləyicilərinin Regional Assosasiyasının (ERRA) və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının birgə təşkil etdiyi “Tənzimləmə və Tariflər” mövzusunda seminar keçiriləcəkdir.

ətraflı

27.06.2008

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının nümayəndələri Avropa İttifaqının “İNOGATE” Proqramının təşkilatçılığı ilə Belçikanın Brüssel şəhərində keçirilən dəyirmi masada iştirak etmişlər

24-25 iyun 2008-ci ildə Belçikanın Brüssel şəhərində “Keçmişin öyrənilməsi və gələcək addımların müəyyənləşdirilməsi mövzusunda dəyirmi masa keçirilmişdir.

ətraflı

17.06.2008

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibi E.Əsədov 13 iyun 2008–ci il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Rəyasət Heyətinin növbəti iclasında iştirak etmişdir

ətraflı

09.06.2008

Tarif (qiymət) Şurasının Katibi E.Əsədov xidməti ezamiyyədə olacaq

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibi E.Əsədov 12-13 iyun 2008 –ci il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Rəyasət Heyətinin növbəti iclasında iştirak edəcəkdir.

ətraflı



© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası