İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

XƏBƏRLƏR

12.12.2016

Su təchizatı və tullantı sularının axıdılması tarifləri artırılmayıb

Bəzi kütləvi informasiya vasitələrində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır, tariflərin birləşdirilməklə vahid tarif sisteminə keçilməsi tarif artımı kimi təqdim olunur. Bu cür yanlış məlumatlar isə əhali arasında çaşqınlıq yaradır.

ətraflı

28.11.2016

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılmış və müvafiq tarif tənzimlənməsi aparılmışdır. Şuranın iclasında həmçinin, yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilmiş, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılmışdır.

ətraflı

17.08.2016

Tarif (qiymət) Şurasının məlumatı

Dərman vasitələrinin qiymətlərinin bahalaşması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlarla əlaqədar bildiririk ki, dövlət qeydiyyatına alınmış 9850 dərman vasitəsinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmişdir və onlardan 7347 dərman vasitəsi (75%-i) hazırda təsdiq edilmiş qiymətlərlə satışdadır. Digər 2503 dərman vasitəsinin (25%-nin) təsdiq edilmiş qiymətləri isə cari ilin 1 sentyabr tarixindən qüvvəyə minəcəkdir.

ətraflı

04.08.2016

Tarif (qiymət) Şurasının iclası keçirilib

Qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 9850 oldu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.

ətraflı

14.07.2016

Tarif (qiymət) Şurasının məlumatı

2016-cı il 14 iyul tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir. İclasda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilmişdir.

ətraflı

30.06.2016

Tarif (qiymət) Şurasının iclası keçirilib

Daha 2557 dərman vasitəsinin qiyməti təsdiqlənib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.

ətraflı



© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası