İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Tarif (qiymət) Şurasının Katibliyində Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri ilə görüş keçirilmişdir

12.12.2016

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyində 2016-cı il 12 dekabr tarixində Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) nümayəndələri ilə ölkədə dərman vasitələri bazarının tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərlə bağlı görüş keçirilmişdir.

Görüşdə “AmCham” tərəfindən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı görülmüş işlərin təqdirəlayiq olduğu vurğulanmış, eyni zamanda bu sahədə həyata keçirilən tədbirlərin dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının və baş verə biləcək neqativ halların qarşısının alınmasına imkan yaratdığı qeyd olunmuşdur.
 
Həmçinin, məlumat verilmişdir ki, quruma üzv olan şirkətlər arasında Azərbaycanda fəaliyyət göstərən bir sıra dərman vasitələri istehsalçıları da təmsil olunur və bu sahədə mövcud vəziyyət, tətbiq olunan yeniliklər periodik görüşlər zamanı müzakirə edilir.
 
Öz növbəsində, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı Palata nümayəndələrini maraqlandıran suallara ətraflı cavablar verilmiş, səmərəli əməkdaşlığın bundan sonra da davam etdirilməsi razılaşdırılmışdır.

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası