İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Təbii qaz üzrə ödənişlər barədə

10.01.2017

Azərbaycan Respublikası Tarif (qiymət) Şurası bəzi KİV-də yayılan məlumatlarla əlaqədar bildirir ki, təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.

Yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 1 dekabr 2016-cı il tarixindən, əhali istehlakçı qrupu üzrə isə 1 yanvar 2017-ci il tarixindən etibarən istehlak olunan təbii qaza şamil edilir.

 

Tarif (qiymət) Şurasının Katibliyi

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası