İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının nümayəndələri Avropa İttifaqının “İNOGATE” Proqramının təşkilatçılığı ilə Belçikanın Brüssel şəhərində keçirilən dəyirmi masada iştirak etmişlər

27.06.2008

24-25 iyun 2008-ci ildə Belçikanın Brüssel şəhərində “Keçmişin öyrənilməsi və gələcək addımların müəyyənləşdirilməsi mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibi E.Əsədov və Katibliyin metedologiya və informasiya sektorunun müdiri C.Ağakişibəyli iştirak etmişlər.
Türkiyə, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan,Özbəkistan, Gürcüstan, Ermənistan, Belorusiya və eləcə də Avropa İttifaqının, beynəlxalq maliyyə qurumlarının, müxtəlif məsləhətçi şirkətlərinin ekspertlərinin, EBRD, Dünya Bankı, BNP Paribas, KFW  banklarının nümayəndələrinin qatıldığı tədbirdə enerji yol xəritəsi çərçivəsində hazırlanmış monitorinq barədə hesabatın proqnozu layihəsi, 2007-2008-ci illərdə “İNOGATE” proqramı tərəfindən dəstəklənmiş layihələr, onların nəticələri və gələcək addımların müəyyənləşdirilməsi, “İNOGATE”in yeni internet portalı müzakirə olunmuş, rəy və təkliflər bildirilmişdir.
Tədbirdə həmçinin enerji bazarlarının konverqensiyası, enerji təhlükəsizliyinin yüksəldilməsi, energetikanın dayanaqlı inkişafının dəstəklənməsi, ümumi maraqlara xidmət edən enerji layihələrinə investisiyaların cəlb edilməsi kimi tematik suallara dair təqdimatlar  olmuş və onlar ətrafında müzakirələr aparılmışdır.
Yekunda “Energetika layihələrinə necə yaxşı investisiyalar cəlb etməli?” adlı xüsusi iclas keçirilmişdir.

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası