İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının nümayəndələri Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Qırğızıstan Respublikasının İssik Kul şəhərində keçirilən Forumda iştirak etmişlər

22.09.2008

2008-ci il 15-19 sentyabr tarixində Qırğızıstanın İssik Kul şəhərində Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə CAREC-ə (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı) üzv ölkələrin Elektrik Enerjisi Tənzimləyicilərinin 4-cü illik Forumu (CMERF)  keçirilmişdir.

      2008-ci il 15-19 sentyabr tarixində Qırğızıstanın İssik Kul şəhərində Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə CAREC-ə (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı) üzv ölkələrin Elektrik Enerjisi Tənzimləyicilərinin 4-cü illik Forumu (CMERF)  keçirilmişdir.
      Forumda Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibi E.Əsədov, Katibliyin Tənzimləmə şöbəsinin müdiri C.Nəcəfov və İqtisadi İnkişaf Nazirliyinin İqtisadi Siyasət şöbəsinin Fiskal, monetar və qiymət sektorunun müdiri N.Qasımov iştirak etmişlər.
      Tədbirdə Azərbaycan, Monqolustan, Əfqanıstan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Çin Xalq Respublikasının nümayəndələrindən və eləcə də Asiya İnkişaf Bankının müxtəlif məsləhətçi şirkətlərinin ekspertlərindən ibarət 40-a yaxın nümayəndə iştirak etmişlər.
      Tədbirdə hər bir ölkə əvvəlki forumdan keçən müddət ərzində sektorda baş verən dəyişikliklər barədə məlumat vermiş və sualları cavablandırmışdır.
       Forum başa çatdıqdan sonra təşkil olunmuş  seminarda əsasən aşağıdakı mövzulara dair təqdimatlar dinlənilmişdir:
- Dövlət və özəl sektorun əməkdaşlığının genişləndirilməsində tənzimləyicilərin rolu;
- Bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsində tənzimləyicilərin rolu;
- İstehlakçı hüquqlarının müdafiəsi və maarifləndirmə;
- Əhali istehlakçı qrupları üzrə böyük sərbəstlik xartiyası;
- Xidmətlərin stimullaşdırılmasında enerji səmərəliliyi və keyfiyyət;
- Texniki göstərici standartları;
- Təmiz ətraf mühitin formalaşmasında tənzimləyicilərin rolu;
- Xərclər əsasında tariflərin formalaşdırılması.
      Tədbirin 3-cü və 4-cü günü İştirakçılar iki qrupa (A və B) bölünmüş, 1-ci qrupda “Özəl sektorla əməkdaşlığın genişləndirilməsi üçün tənzimləmə strukturu”, “Tənzimləmə və istehlakçıların müdafiəsi”, həmçinin “Bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsində tənzimləyicilərin rolu” mövzusunda mühazirələr,  2-ci qrupda isə “Tarif dərəcələrinin müəyyənləşdirilməsi” mövzusunda mühazirə keçirilmiş və müxtəlif ölkələrin təcrübələrinə dair təqdimatlar nümayiş etdirilmişdir.
      Tədbir sonunda iştirakçılara seminarın nəticəsi olaraq sertifikatlar təqdim edilmişdir.

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası