İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb

01.11.2008

Azərbaycan Respublikası nazirlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı 

1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azad Arif oğlu Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri;
Eldar Əhməd oğlu Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri;
Elmar Məhərrəm oğlu Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri;
Əbülfəz Mürsəl oğlu Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri;
Əli Məmməd oğlu Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri;
Fazil Əsəd oğlu Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri;
Fikrət Fərrux oğlu Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri;
Füzuli Həsən oğlu Ələkbərov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri;
Hüseynqulu Seyid oğlu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri;
İsmət Dursun oğlu Abasov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri;
Kəmaləddin Fəttah oğlu Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri;
Misir Cumayıl oğlu Mərdanov - Azərbaycan Respublikasının təhsil naziri;
Natiq Ağaəmi oğlu Əliyev - Azərbaycan Respublikasının sənaye və energetika naziri;
Oqtay Kazım oğlu Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri;
Ramil İdris oğlu Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri;
Samir Rauf oğlu Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri;
Səfər Axundbala oğlu Əbiyev - Azərbaycan Respublikasının müdafiə naziri;
Şahin Abdulla oğlu Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri;
Yavər Talıb oğlu Camalov - Azərbaycan Respublikasının müdafiə sənayesi naziri;
Ziya Ərzuman oğlu Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri təyin edilsinlər.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 31 oktyabr 2008-ci il.

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası