İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Tarif (qiymət) Şurasının iclası keçirilmişdir

30.12.2011

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr 2011-ci il tarixində növbəti iclası keçirilmişdir. 

İclasda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müraciəti əsasında xam neftin nəqli tarifinə (ixrac istisna olmaqla) baxılmışdır.
Belə ki, Şimal İxrac Boru Kəmərinin Neft Kəmərləri İdarəsinin tərkibinə verilməsi, tarifin xərclərə uyğunlaşdırılması zərurəti və neft kəmərləri sisteminə əsaslı investisiya qoyuluşlarının tələb olunduğu nəzərə alınaraq, 1 ton xam neftin nəql tarifi 6,0 manat (ƏDV-siz) səviyyəsində müəyyənləşdirilmişdir. 
Yeni tariflər 1 yanvar 2012-ci il tarixindən qüvvəyə minəcəkdir.

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası