İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

02.10.2012

“Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyası tərəfindən göstərilən pullu xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 25 dekabr 2007-ci il tarixli, 25 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında

QƏRAR № 3

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 3

Bakı şəhəri,  2 oktyabr 2012-ci il

 “Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyası tərəfindən göstərilən pullu xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 25 dekabr 2007-ci il tarixli, 25 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli, 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli, 499 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. “Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyası tərəfindən göstərilən pullu xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 25 dekabr 2007-ci il tarixli, 25 nömrəli Qərarı qüvvədən düşmüş hesab edilsin.
2. Bu qərar 5 oktyabr 2012-ci il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                                                  Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası