İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

02.12.2013

Faks aparatından istifadəyə görə aylıq abunə haqqının tənzimlənməsi barədə

QƏRAR № 9

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №9

Bakı şəhəri, 2 dekabr 2013-cü il

Faks aparatından istifadəyə görə aylıq abunə haqqının
tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Şəbəkəyə qoşulan hər bir faks aparatından istifadəyə görə aylıq abunə haqqı ƏDV daxil olmaqla 50 qəpik təsdiq edilsin.
2. Bu qərarla təsdiq edilən tarif mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sabit şəbəkə operatorlarına şamil olunur.
3. Bu qərar 1 yanvar 2014-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                               Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası