İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

02.12.2013

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bəzi qərarlarının ləğv edilməsi barədə

QƏRAR № 3

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №3

Bakı şəhəri, 2 dekabr 2013-cü il

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bəzi qərarlarının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aşağıdakı qərarları ləğv edilsin:
1.1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 10 dekabr 2004-cü il tarixli iclasının qərarına əsasən 10 nömrəli Protokol ilə təsdiq edilmiş “Bakı Şəhər İcra Hakimiyyətinin Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının sanitar avtomobillərinin 1 saatlıq istifadə tarifi”;
1.2. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 10 dekabr 2004-cü il tarixli iclasının qərarına əsasən 10 nömrəli Protokol ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Metrologiya və Standartlaşdırma Mərkəzinin kənar təşkilatların metroloji cihazlarının yoxlanılması xidmətlərinin tarifləri”;
1.3. “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən göstərilən xidmətlərin tarifləri barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 12 aprel 2006-cı il tarixli 3 nömrəli Qərarı;
1.4. “Təbii qazın emal tarifinin təsdiq olunması barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 5 sentyabr 2006-cı il tarixli 13 nömrəli Qərarı;
1.5. “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 may 2007-ci il tarixli 15 nömrəli Qərarı;
1.6. “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 may 2007-cı il tarixli 15 nömrəli Qərarına əlavə və dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 iyul 2008-ci il tarixli 6 nömrəli Qərarı;
1.7. “Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 may 2007-ci il tarixli 16 nömrəli Qərarı;
1.8. “Dəmir yolu nəqliyyatı ilə Azərbaycan Respublikası ərazisində beynəlxalq yükdaşıma xidmətlərinin tarifləri barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 4 sentyabr 2007-ci il tarixli 23 nömrəli Qərarı.
2. Bu qərar 3 dekabr 2013-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                   Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası