01.08.2014
Təhlükəli tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə
QƏRAR № 3
AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
QƏRAR №3
Bakı şəhəri, 1 avqust 2014-cü il
Təhlükəli tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:1. Xüsusi ayrılmış yerlərdə (poliqonlarda) təhlükəli tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin tarifləri ƏDV daxil olmaqla aşağıdakı səviyyədə təsdiq edilsin: №
Təhlükəli tullantılar
Tarif
(manat/m3)
I
II
III
1.
10,0
2.
Təhlükəli tibbi tullantılar
10,0
3.
Digər təhlükəli tullantılar
80,0
2. “Təhlükəli tullantıların (o cümlədən radioaktiv materialların) daşınması, saxlanılması və basdırılması üzrə pullu xidmətlərin tarifləri barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 25 dekabr 2007-ci il tarixli 26 nömrəli Qərarı ləğv edilsin.3. Bu qərar 4 avqust 2014-cü il tarixindən qüvvəyə minir.
Azərbaycan RespublikasıTarif (qiymət) Şurasının sədri Şahin Mustafayev
№ | Təhlükəli tullantılar | Tarif (manat/m3) |
I | II | III |
1. | 10,0 | |
2. | Təhlükəli tibbi tullantılar | 10,0 |
3. | Digər təhlükəli tullantılar | 80,0 |