12.01.2015
Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə
QƏRAR № 1
AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
QƏRAR №1
Bakı şəhəri, 12 yanvar 2015-ci il
Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli 1167-IVQD nömrəli Qanununa, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR: 1. “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri” təsdiq edilsin (əlavə olunur). 2. Müəyyən edilsin ki: 2.1. bu qərarla təsdiq edilmiş tariflərdə ölkə daxilində istehsal olunan və satılan neft məhsulları üzrə qanunvericiliklə müəyyən edilmiş vergilər nəzərə alınmışdır; 2.2. şirkətdaxili tariflərdə vaqonların yüklənməyə verilməsi, onların təmizlənməsi, yüklənməsi və yüklərin yola salınması üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı şəhərindəki dayanacaqlarına çatdırılması xərcləri nəzərə alınmışdır; 2.3. neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi (ƏDV), eləcə də təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsulları üzrə təchizat tarifləri daxil edilmişdir; 2.4. neft məhsullarının satışını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti topdansatış tariflərinə qanunvericiliyə uyğun olaraq yol vergisini əlavə edib təchizat tariflərini çıxmaqla, təchizat təşkilatları isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər; 2.5. topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir; 2.6. pərakəndə satış tariflərinə aksiz, ƏDV, təchizat tarifləri, eləcə də qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsulları üzrə yol vergisi daxil edilmişdir; 2.7. mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarla təsdiq edilmiş tariflərlə, qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışını isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər; 2.8. bu qərarda göstərilən neft məhsulları idxal olunduqda onların satışı qanunvericiliklə müəyyən edilmiş rüsum və vergilər ödənilməklə, bu qərarla təsdiq edilən topdansatış və pərakəndə satış tarifləri əsasında, qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışı isə topdansatış tariflərinə yol vergisi əlavə edilməklə həyata keçirilir. 3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aşağıdakı qərarları ləğv edilsin: 3.1. “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli 14 nömrəli Qərarı; 3.2. “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli 14 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 10 fevral 2014-cü il tarixli 1 nömrəli Qərarı. 4. Bu qərar 13 yanvar 2015-ci il tarixindən qüvvəyə minir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev Azərbaycan RespublikasıTarif (qiymət) Şurasının12 yanvar 2015-ci il tarixli1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri №
Məhsulun adı
Şirkətdaxili tarif
Aksiz
Təchizat tarifi
(ƏDV ilə)
Topdansatış tarifi
(ƏDV ilə)
Yol vergisi
Pərakəndə satış tarifi
(ƏDV ilə)
dərəcəsi
məbləği
manat/ton
%
manat/ton
manat/ton
manat/ton
manat/ton
manat/ton
manat/litr
I
II
III
IV
V
VI
VII
VIII
IX
X
1.
Avtomobil benzini (Aİ-95)
482,12
64,0
308,56
15,0
948,0
26,20
1074,2
0,82
2.
Avtomobil benzini (Aİ-92)
411,91
65,0
267,74
15,0
817,0
26,20
943,2
0,72
3.
Avtomobil benzini (Aİ-80)
409,43
66,0
270,22
15,0
817,0
26,20
943,2
0,72
4.
Dizel yanacağı
430,19
18,0
77,43
15,0
614,0
23,80
737,8
0,62
5.
Reaktiv mühərrik yanacağı
338,20
9,0
30,44
15,0
450,0
6.
Nafta (ilkin emal benzini)
224,99
13,0
29,25
300,0
7.
Maye qaz
208,39
22,0
45,85
300,0
36,36
8.
Mühərrik yanacağı (DT-36)
228,95
24,0
54,95
15,0
350,0
9.
Mühərrik yanacağı (DT-20)
249,06
31,0
77,21
15,0
400,0
10.
Soba mazutu
234,49
3,0
7,03
15,0
300,0
11.
Bitum
(BN-60/90, BNB-60/70)
305,39
11,0
33,59
400,0
12.
Bitum (MQO)
60,08
34,0
20,43
95,0
13.
Bitum (BNV, BNB-70/30, BNB-85/25)
161,73
31,0
50,14
250,0
14.
Ağ neft (KO-20)
318,42
32,0
101,89
12,0
508,0
558,0
0,45
15.
Qaz benzini
129,90
37,0
48,06
210,0
16.
Mühərrik yağı
(M-12VB, M-14V2)
398,07
52,0
207,00
12,0
726,0
776,3
0,70
17.
Sənaye yağları (İ-12A,
İ-20V, İ-40A, İ-8B1, İ-30V)
270,00
72,0
194,40
12,0
560,0
610,0
0,55
18.
Turbin yağları
(T-22, T-30, T-46)
300,55
39,0
117,21
12,0
505,0
554,5
0,50
19.
Transformator yağı
(T-1500)
331,82
54,0
179,18
12,0
615,0
665,4
0,60
20.
Digər yağlar (AK-15, S-11, XM-6, K-12, K-19, VM-4)
237,94
56,0
133,25
12,0
450,0
499,8
0,42
21.
Koks (KT-A)
54,12
19,0
10,28
76,0
22.
Koks (KT-T)
27,78
19,0
5,28
39,0
23.
Koks (KT-Q)
39,50
18,0
7,11
55,0
№ | Məhsulun adı | Şirkətdaxili tarif | Aksiz | Təchizat tarifi (ƏDV ilə) | Topdansatış tarifi (ƏDV ilə) | Yol vergisi | Pərakəndə satış tarifi (ƏDV ilə) | ||
dərəcəsi | məbləği | ||||||||
manat/ton | % | manat/ton | manat/ton | manat/ton | manat/ton | manat/ton | manat/litr | ||
I | II | III | IV | V | VI | VII | VIII | IX | X |
1. | Avtomobil benzini (Aİ-95) | 482,12 | 64,0 | 308,56 | 15,0 | 948,0 | 26,20 | 1074,2 | 0,82 |
2. | Avtomobil benzini (Aİ-92) | 411,91 | 65,0 | 267,74 | 15,0 | 817,0 | 26,20 | 943,2 | 0,72 |
3. | Avtomobil benzini (Aİ-80) | 409,43 | 66,0 | 270,22 | 15,0 | 817,0 | 26,20 | 943,2 | 0,72 |
4. | Dizel yanacağı | 430,19 | 18,0 | 77,43 | 15,0 | 614,0 | 23,80 | 737,8 | 0,62 |
5. | Reaktiv mühərrik yanacağı | 338,20 | 9,0 | 30,44 | 15,0 | 450,0 |
|
|
|
6. | Nafta (ilkin emal benzini) | 224,99 | 13,0 | 29,25 |
| 300,0 |
|
|
|
7. | Maye qaz | 208,39 | 22,0 | 45,85 |
| 300,0 | 36,36 |
|
|
8. | Mühərrik yanacağı (DT-36) | 228,95 | 24,0 | 54,95 | 15,0 | 350,0 |
|
|
|
9. | Mühərrik yanacağı (DT-20) | 249,06 | 31,0 | 77,21 | 15,0 | 400,0 |
|
|
|
10. | Soba mazutu | 234,49 | 3,0 | 7,03 | 15,0 | 300,0 |
|
|
|
11. | Bitum (BN-60/90, BNB-60/70) | 305,39 | 11,0 | 33,59 |
| 400,0 |
|
|
|
12. | Bitum (MQO) | 60,08 | 34,0 | 20,43 |
| 95,0 |
|
|
|
13. | Bitum (BNV, BNB-70/30, BNB-85/25) | 161,73 | 31,0 | 50,14 |
| 250,0 |
|
|
|
14. | Ağ neft (KO-20) | 318,42 | 32,0 | 101,89 | 12,0 | 508,0 |
| 558,0 | 0,45 |
15. | Qaz benzini | 129,90 | 37,0 | 48,06 |
| 210,0 |
|
|
|
16. | Mühərrik yağı (M-12VB, M-14V2) | 398,07 | 52,0 | 207,00 | 12,0 | 726,0 |
| 776,3 | 0,70 |
17. | Sənaye yağları (İ-12A, İ-20V, İ-40A, İ-8B1, İ-30V) | 270,00 | 72,0 | 194,40 | 12,0 | 560,0 |
| 610,0 | 0,55 |
18. | Turbin yağları (T-22, T-30, T-46) | 300,55 | 39,0 | 117,21 | 12,0 | 505,0 |
| 554,5 | 0,50 |
19. | Transformator yağı (T-1500) | 331,82 | 54,0 | 179,18 | 12,0 | 615,0 |
| 665,4 | 0,60 |
20. | Digər yağlar (AK-15, S-11, XM-6, K-12, K-19, VM-4) | 237,94 | 56,0 | 133,25 | 12,0 | 450,0 |
| 499,8 | 0,42 |
21. | Koks (KT-A) | 54,12 | 19,0 | 10,28 |
| 76,0 |
|
|
|
22. | Koks (KT-T) | 27,78 | 19,0 | 5,28 |
| 39,0 |
|
|
|
23. | Koks (KT-Q) | 39,50 | 18,0 | 7,11 |
| 55,0 |
|
|
|