İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

08.06.2015

“Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın təsdiq edilməsi və bununla bağlı əlavə tədbirlər haqqında

QƏRAR № 3

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 3

Bakı şəhəri, 8 iyun 2015-ci il

“Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın təsdiq edilməsi və bununla bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin 2.1.2-ci yarımbəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydaları”nın 2.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyinə tapşırılsın:
2.1. bu qərar qüvvəyə mindiyi tarixdən etibarən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün aidiyyəti subyektlərdən sənədlərin qəbuluna başlasın;
2.2. dərman vasitələri üçün qiymət bəyannamələrinin təqdim edilməsi, onların emalı və qiymətlərinin müəyyənləşdirilməsi prosesinin intensivləşdirilməsi məqsədilə işlərin aidiyyəti subyektlərlə koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                      Şahin Mustafayev
 
 
Əlavə:
  • Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 8 iyun tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” (PDF)
  • Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 8 iyun tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a 1 nömrəli əlavə (PDF)
  • Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 8 iyun tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a 2 nömrəli əlavə (PDF)

 

 
 
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası