İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

25.12.2015

Ekspress rejimdə hərəkət edən avtobuslarda sərnişindaşıma xidmətinin tarifinin tənzimlənməsi barədə

QƏRAR № 16

AZƏRBAYCAN  RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 16

Bakı şəhəri, 25 dekabr 2015-ci il
   


Ekspress rejimdə hərəkət edən avtobuslarda sərnişindaşıma xidmətinin tarifinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və “BakuBus” MMC-nin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. “28 May” metro stansiyası - Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində (və ya əks istiqamətdə) ekspress rejimdə hərəkət edən avtobuslarda sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 1,30 manat təsdiq edilsin.
 
2. Bu qərar 26 dekabr 2015-ci il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                                                             Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası