İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

30.06.2016

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Samur-Abşeron kanalı istismarı idarəsi tərəfindən Ceyranbatan su anbarına gətirilən suyun topdansatış tarifinin tənzimlənməsi barədə

QƏRAR № 10

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 10

Bakı şəhəri, 30 iyun 2016-cı il

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Samur-Abşeron kanalı istismarı idarəsi tərəfindən Ceyranbatan su anbarına gətirilən suyun topdansatış tarifinin tənzimlənməsi barədə

Su anbarları və kanallarının istismarının lazımi səviyyədə təşkili, onların işlək vəziyyətdə saxlanılması və su obyektlərindən sudan pullu istifadə qaydalarının müəyyən edilməsi istiqamətində görülən təşkilati-hüquqi tədbirlərin davam etdirildiyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Samur-Abşeron kanalı istismarı idarəsi tərəfindən Ceyranbatan su anbarına gətirilən suyun “Azərsu” ASC-yə topdansatış tarifi min kub metr üçün ƏDV-siz 20 manat təsdiq edilsin.
 
2. Nəzərə alınsın ki, bu qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş tarif üzrə hesablaşmalar 2016-cı il 16 may tarixindən aparılır.
 
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir və 2016-cı il 1 oktyabr tarixinədək qüvvədədir.
 
 
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                   Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası