28.11.2016
“Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 14 yanvar tarixli 2 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında
QƏRAR № 16
AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI QƏRAR № 16
Bakı şəhəri, 28 noyabr 2016-cı il “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 14 yanvar tarixli 2 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və SOCAR-ın müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR: 1. “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 14 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri”nin cədvəl hissəsinin 5-ci və 10-cu sətirləri aşağıdakı redaksiyada verilsin:"
5. | Reaktiv mühərrik yanacağı | 415,95 | 9,0 | 37,44 | 15,0 | 550,0 |
|
|
|
10. | Soba mazutu | 185,13 | 3,0 | 5,55 | 15,0 | 240,0 |
|
|
|
"
2. Bu qərar 2016-cı il 1 dekabr tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev