İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

28.11.2016

Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 18

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
 
QƏRAR № 18

Bakı şəhəri, 28 noyabr 2016-cı il

Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və SOCAR-ın müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. Təbii qazın ölkədaxili tarifləri təsdiq edilsin (əlavə olunur).
 
2. Nəzərə alınsın ki:
 
2.1. bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 3-cü sətri ilə müəyyən edilmiş tarifə mədən vergisi daxildir;
 
2.2. həmin əlavənin cədvəl bölməsinin 3-cü, 4-cü və 5-ci sətirləri ilə müəyyən edilmiş tariflərə təbii qazın nəqli ilə bağlı bütün xərclər daxildir;
 
2.3. həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci sətirlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər 2017-ci il 1 yanvar tarixindən qüvvəyə minir;
 
2.4. bu qərarın məqsədləri üçün əhali istehlakçı qrupu dedikdə təbii qazı şəxsi tələbatını ödəmək məqsədi ilə istifadə edən məişət abonentləri başa düşülür.
 
3. 2016-cı il 1 dekabr tarixinədək ölkə daxilində təbii qazın dəyəri bu qərardan əvvəl qüvvədə olmuş tariflərə uyğun olaraq hesablansın.
 
4. SOCAR-a tapşırılsın ki, təbii qaz üzrə itkilərin azaldılması istiqamətində müvafiq tədbirlər görsün və 2017-2019-cu illər üzrə itkilərin azaldılması ilə bağlı qrafiki Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına təqdim etsin.
 
5. “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2013-cü il 2 dekabr tarixli 13 nömrəli Qərarı (1-ci hissənin cədvəl bölməsinin 4-cü sətri istisna olmaqla) bu qərar qüvvəyə mindiyi tarixdən, həmin qərarın 1-ci hissəsinin cədvəl bölməsinin 4-cü sətri isə 2017-ci il 1 yanvar tarixindən ləğv edilsin.
 
6. Bu qərar 2016-cı il 1 dekabr tarixindən qüvvəyə minir.
 
 
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                            Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası