İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

22.12.2016

“Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

QƏRAR № 19

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
 
QƏRAR № 19

Bakı şəhəri, 22 dekabr 2016-cı il

“Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş əlavənin cədvəl hissəsinin 4.1.1-ci və 4.1.2-ci sətirlərində “1500” rəqəmi “1700” rəqəmi ilə əvəz edilsin.
 
2. Bu qərar 2016-cı il 1 dekabr tarixindən tətbiq edilsin.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası