İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

06.03.2017

“Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

QƏRAR № 2

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №2

Bakı şəhəri, 6 mart 2017-ci il

“Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin
tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na uyğun olaraq və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müraciətini nəzərə alaraq, dərman vasitələri və dərman maddələrinin ekspertizası xidmətləri üzrə təsnifatlaşdırmanın təkmilləşdirilməsi, qeydiyyat prosesində doza və qablaşdırma baxımından dərman vasitələrinin standartlaşdırılmasının stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. “Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 8 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
 
1.1. Həmin qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Əlavə 1-in cədvəl bölməsi üzrə:
 
1.1.1. 1-ci sətir aşağıdakı redaksiyada verilsin:
 
“1. Dövlət qeydiyyatına, yenidən dövlət qeydiyyatına və qeydiyyat sənədlərində edilmiş dəyişikliklərin qeydiyyata alınması məqsədi ilə ilkin ekspertiza”;
 
1.1.2. Aşağıdakı məzmunda müvafiq olaraq 3.1.1-ci, 3.1.2-ci, 4.1.1-ci və 4.1.2-ci sətirlər əlavə edilsin:
 

 

3.1.1.

Hər əlavə doza

1 ədəd

385

3.1.2.

Hər əlavə qablaşdırma

1 ədəd

385

 

4.1.1.

Hər əlavə doza

1 ədəd

385

4.1.2.

Hər əlavə qablaşdırma

1 ədəd

385

 
 
2. Həmin qərara aşağıdakı məzmunda 1.1-ci bənd əlavə edilsin:
 
“1.1. Müəyyən edilsin ki, yenidən dövlət qeydiyyatına alınması məqsədi ilə ixtisaslaşdırılmış ekspertiza zamanı hər əlavə doza və hər əlavə qablaşdırma üçün tarif yalnız dərman vasitəsinin əvvəllər dövlət qeydiyyatına alınması zamanı ixtisaslaşdırılmış ekspertizaya təqdim olunmuş dozalarından və qablaşdırmalarından fərqləndiyi təqdirdə tətbiq olunur.”.
 
3. Bu qərar 7 mart 2017-ci il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası