İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

17.05.2018

Ovçuluq biletinin qiymətinin tənzimlənməsi barədə

QƏRAR № 3

AZƏRBAYCAN  RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 3

Bakı şəhəri, 17 may 2018-ci il

Ovçuluq biletinin qiymətinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə verilən ovçuluq biletinin qiyməti aşağıdakı kimi təsdiq edilsin:
 

Xidmətin adı

Müddət

Qiymət

(ƏDV ilə, manat)

 1.

Ovçuluq biletinin verilməsi

Müddətsiz

40,0

 
 
2. Bu qərar 2018-ci il 18 may tarixindən qüvvəyə minir.
 
 
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                                 Şahin Mustafayev
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası