İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

11.06.2019

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bəzi qərarlarının ləğv edilməsi barədə

QƏRAR № 4

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 4

Bakı şəhəri, 11 iyun 2019-cu il


Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bəzi qərarlarının ləğv edilməsi barədə

“İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarının 2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aşağıdakı qərarları ləğv edilsin:
 
1.1. “Əmtəə nişanları və coğrafi göstəricilərlə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili üzrə xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2014-cü il 1 avqust tarixli 6 nömrəli Qərarı;
 
1.2. “İxtira, faydalı model və sənaye nümunəsi ilə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili üzrə xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2014-cü il 1 avqust tarixli 7 nömrəli Qərarı.
 
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                       Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası