İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

02.02.2007

«Avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) Bakı şəhərində şəhərdaxili və şəhərətrafı, həmçinin Bakı-Sumqayıt (Sumqayıt-Bakı) marşrutu üzrə sərnişin daşıma xidmətinin tariflərinə baxılması barədə» 2007-ci il 06 yanvar tarixli qərarına əlavə və dəyişiklik edilməsinə dair

QƏRAR № 7

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə»  2005-ci il 26 dekabr tarixli 341 saylı Fərmanına,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 saylı qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il  02 fevral tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR: 

I.«Avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) Bakı şəhərində şəhərdaxili və şəhərətrafı, həmçinin Bakı-Sumqayıt (Sumqayıt-Bakı) marşrutu üzrə sərnişin daşıma xidmətinin tariflərinə baxılması barədə»  2007-ci il 06 yanvar tarixli qərarının 1-ci bəndin cədvəl hissəsində aşağıdakı dəyişikliklər edilsin:
Şəhərətrafı və qəsəbələrarası marşrutlar hissəsində 1-40 km-dək bölgüsündən sonra 1-45 km-dək  -  50 qəpik (marşrutlar 87; 155; 36; 46; 101),  1-50 km-dək – 70 qəpik (marşrutlar 50; 50T), 50 km-dən yuxarı 80 qəpik (marşrutlar 105; 105T; 115 ) bölgüsüvə qiymətləri əlavə olunsun. 1-25 km-dək bölgüdə olan 160 və 243 nömrəli marşrutlar 1-30 km-dək olan qrupa, 1-40 km-dək bölgüdə olan 46 və 36 nömrəli marşrutlar 1-50 km-dək olan bölgüyə keçirilsin.

II.Qərarın 3-cü bədindən əvvəl aşağıdakı redaksiyada yeni 3-cü və 4-cü yeni bəndlər əlavə edilərək növbəti bəndlərin sıralanması müvafiq olaraq dəyişdirilsin:

3. Respublikanın şəhər, rayon mərkəzlərində (Bakı şəhəri istisna olmaqla) fəaliyyət göstərən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişin daşıma xidmətlərinin aşağıda göstərilən yuxarı hədd qiymətləri təsdiq edilsin.

Sıra№-si

Şəhərdaxili
marşrutlar

Şəhərətrafı və qəsəbələrarası marşrutlar

(1-15 km-dək)

(1-25 km-dək)

(1-30 km-dək)

(1-40 km-dək)

(1-45 km-dək)

(1-50 km-dək)

(50 km-dən yuxarı)

20 qəpik

20 qəpik

25 qəpik

30 qəpik

40 qəpik

50 qəpik

70 qəpik

80 qəpik

4.Şəhərlərarası daşımaların 1 km məsafəsi üçün gediş haqqı bərk və yumşaq oturacaqlı marşrutlar üzrə uyğun olaraq yuxarı hədd qiyməti 1,5 və 1,6 qəpik səviyyəsində müəyyən edilsin.

III. Bu qərar 2007-ci il 12 fevral tarixindən qüvvəyə minir.


Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                                   H. Babayev

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1. 26 aprel 2013-cü il tarixli 1 nömrəli Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası