İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

30.06.2021

Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 8

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 8

Bakı şəhəri, 30 iyun 2021-ci il
 
 
Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə 



Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və SOCAR-ın müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:


1. Təbii qazın ölkədaxili tarifləri təsdiq edilsin (əlavə olunur).

2. Bu qərarın cədvəl bölməsinin 5-ci, 6-cı və 7-ci sətirləri üzrə tariflərə təbii qazın nəqli ilə bağlı xərclər daxildir.

3. Bu qərarın cədvəl bölməsinin 6.1.1-ci, 6.1.2-ci və 6.1.3-cü sətirlərində illik istehlak həcmi təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmidir.

4. Bu qərarda əhali istehlakçı qrupuna təbii qazı şəxsi tələbatını ödəmək məqsədi ilə istifadə edən məişət abonentləri aiddir.

5. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2016-cı il 28 noyabr tarixli 18 nömrəli Qərarı bu qərar qüvvəyə mindiyi tarixdən ləğv edilsin.

6. 01.01.2021-ci il tarixindən 01.07.2021-ci il tarixinədək istehlak olunmuş təbii qazın dəyəri bu qərardan əvvəl qüvvədə olmuş illik istehlak həcmləri və tariflərlə hesablansın.

7. Bu qərar 2021-ci il 1 iyul tarixindən qüvvəyə minir.
 
 
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                   Mikayıl Cabbarov

 

 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası