İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

02.02.2007

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sistemində yerinə yetirilən işlərin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 9

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 02 fevral tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:

1. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sistemində yerinə yetirilən işlərin tarifləri təsdiq edilsin.

I. Hüquqi və fiziki şəxslərin vəsaiti hesabına torpaq sahəsinin Kadastr Planının hazırlanması üçün görüləcək işlərin tarifləri:

1) Avtomobillərin hərəkət intensivliyi çox olan Azərbaycan Respublikasının iri şəhərlərində (Bakı, Sumqayıt, Əli Bayramlı, Gəncə, Mingəçevir və Xırdalan şəhərləri, Abşeron rayonu)

2) Azərbaycan Respublikası  rayonlarının ərazilərində

2. Təsdiq olunmuş tariflər 2007-ci il 12 fevral tarixindən qüvvəyə minir və bu xidmətlərə dair əvvəllər qəbul olunmuş tariflər qüvvədən düşmüş hesab edilir.


Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri      H.Babayev

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

    30 iyun 2009-cu il tarixli 1 nömrəli Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı

 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası