İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

14.03.2007

Təbii qazın topdansatış, emal və nəql tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 02 fevral tarixli 8 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə

QƏRAR № 12

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi” Qaydaları»na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 14 mart tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:

1.“Təbii qazın topdansatış, emal və nəql tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 02 fevral tarixli 8 nömrəli qərarının 1-ci bəndinin cədvəl hissəsinə aşağıdakı redaksiyada 4-cü və 5-ci sətir əlavə edilsin.

4.Magistral kəmərlərə birbaşa qoşulmaqla istehsal məqsədləri üçün təbii qaz istehlak edən kimya, alüminium, dağ mədən filizi əsasında polad əritmə, elektrik enerjisi istehsalı müəssisələri (aylıq istehlakı 15 milyon m3-dən az olmamaq şərti ilə) 42,00
5.4-cü bənddə göstərilən istehlakçılar üçün sabit haqq3,00

2. Cədvəlin 4-cü bəndində göstərilən istehlakçılara satılan təbii qazın nəqli, təbii qazın qüvvədə olan nəql tarifləri ilə həyata keçirilir.

3. 2-ci bənd 3-cü bənd hesab edilsin.

4. Təsdiq olunmuş yeni tariflər 2007-ci il 8 yanvar tarixindən tətbiq edilsin.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri H.Babayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası