İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

14.05.2007

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 15

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli 341 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 saylı qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 14 may tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:

I. Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilən xidmətlərin aşağıdakı tarifləri təsdiq edilsin.

Sıra№-si

Xidmətlərin adı

Tariflər(ƏDV- siz, manatla)

1.

Azərbaycan Respublikası Bayrağı altında üzmək hüququ (patent) haqqında Şəhadətnamənin verilməsi

400

2.

Azərbaycan Respublikası Bayrağı altında üzmək haqqında müvəqqəti Şəhadətnamənin verilməsi

350

3.

Gəmiyə Mülkiyyət hüququ haqqında Şəhadətnamənin verilməsi

300

4.

Heyətin tərkibi haqqında Şəhadətnamənin verilməsi

200

5.

Neftlə çirklənmənin qarşısının alınması haqqında Şəhadətnamənin verilməsi (yalnız dövlət mülkiyyətində olan gəmilərə verilir)

900

 

 

 

6.

Gəmi Reyestrlərindən çıxarış

250

7.

Gəminin «Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi

1800

8.

Limanın (liman məntəqəsinin) «Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi

3200

 

 

 

9.

Dənizçilərin sertifikatları, ixtisas şəhadətnamələri (diplomları) və təsdiqnamələrinin verilməsi (Dənizçilərin Hazırlanması, Sertifikatlaşdırılması və Növbə Çəkmələri haqqında» 1978-ci il tarixli Beynəlxalq Konvensiyaya uyğun):

 


9.1

Gəmi komandir heyəti üçün (ixtisas sertifikatları və təsdiqnamələri)

30

9.2

Gəmi sıravi heyət üçün (ixtisas sertifikatları və təsdiqnamələri)

20

9.3

Gəmi heyət üzvləri üçün (hazırlıq kursları sertifikatları)

10

10.

Cəminin Liman Nəzarətinin aparılması

170

11.

Gəminin Liman Nəzarətinin aparılmasının nəticəsi üzrə yoxlama

380

12.

Gəminin «Əmniyyətli Idarəetmə haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi

1200

13.

Dənizçilik şirkətinin «Əmniyyətli Idarəetmə haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi

2400

14.

Gəmilərin illik texniki müayinəsi (Radionaviqasiya və elektronaviqasiya avadanlığı və cihazları, xilasetmə qurğuları, avadanlığı, göyərtə mexanizm və avadanlıqları, maşın şöbəsinin mexanizmləri, gəmi qəza avadanlıqları və təchizatı, sərnişinlərə aid avadanlıqlar və təchizatlar, gəmi bölmələri, yanğına qarşı təchizatlar, radiorabitə avadanlıqları və cihazları, məişət avadanlıqları və sistemləri, yük quruluşları, mexanizmləri, sistemləri və bölmələri, ballast sistemi) -1 brutto registr ton üçün

0,50

 15.

 Dənizçinin Qeyd Kitabçası

  22,0

 

II. Bu qərar 2007-ci il 01 iyun tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri H. Babayev

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
  1. 30 iyul 2008-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı
  2. 30 iyun 2009-cu il tarixli 1 nömrəli Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı

 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası