İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

30.06.2009

Respublika ərazisində təbii qazın pərakəndəsatış tarifinin tənzimlənməsi barədə

QƏRAR № 3

       Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları”na, “Azəriqaz” QSC-nin müraciətinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 30 iyun tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:
       1. Təbii qazın aşağıda göstərilən pərakəndəsatış tarifi təsdiq edilsin:

Sıra -si

         İstehlakçı qrupunun adı  Tarif 1000 m3 üçün (ƏDV ilə) manatla
      1.Əhali            100,0

      2. Təsdiq olunmuş tariflər 2009-cu il 01 iyul tarixindən qüvvəyə minir və təbii qazın əhali istehlakçı qrupu üzrə pərakəndəsatış tarifi barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 06 yanvar tarixli 2 nömrəli “Respublika ərazisində təbii qazın pərakəndəsatış tariflərinin tənzimlənməsi barədə” Qərarının müvafiq bəndi qüvvədən düşmüş hesab edilsin.

  Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                                                                  Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası