30.12.2009
Xam neftin topdansatış qiymətinin və nəql tarifinin tənzimlənməsi barədə
QƏRAR № 6
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciətinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 30 dekabr tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR: 1.Xam neftin aşağıda göstərilən topdansatış qiyməti və nəql tarifi təsdiq edilsin: Sıra
№-si
Mal və xidmətlərin adı 1 ton üçün manatla (ƏDV-siz)
1. Xam neftin topdansatışı 53,6 2. Xam neftin nəqli (ixrac istisna olunmaqla)
2,6
2. Xam neftin topdansatış qiymətinə mədən vergisi daxil edilmişdir.
3. Təsdiq olunmuş xam neftin qiyməti və nəql tarifi 2010-cu il 01 yanvar tarixindən qüvvəyə minir və bunlara dair əvvəllər qəbul olunmuş qiymət və tarif qüvvədən düşmüş hesab edilir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev
Sıra | Mal və xidmətlərin adı | 1 ton üçün manatla (ƏDV-siz) |
1. | Xam neftin topdansatışı | 53,6 |
2. | Xam neftin nəqli (ixrac istisna olunmaqla) | 2,6 |
3. Təsdiq olunmuş xam neftin qiyməti və nəql tarifi 2010-cu il 01 yanvar tarixindən qüvvəyə minir və bunlara dair əvvəllər qəbul olunmuş qiymət və tarif qüvvədən düşmüş hesab edilir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev