İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

24.11.2011

“Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 4

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

Q Ə R A R №04

Bakı şəhəri,                   24 noyabr 2011-ci il

 “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin müraciətinə və Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:
 
1. “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tarifləri aşağıdakı kimi təsdiq edilsin:
 

Sıra №-si

Xidmətlərin növü

İstehlakçı qrupları

Ölçü vahidi

Tariflər

(ƏDV ilə, manatla)

I

Mərkəzi isitmə

1. Əhali üzrə

1 m2 yaşayış sahəsi

0,15 (aylıq)

2. Qeyri-əhali üzrə

1 m3 isidilən həcm

0,25 (aylıq)

1 Qkal

30,0

II

İsti su

1. Əhali üzrə

1 m3

0,4

1 Qkal

8,0

2. Qeyri-əhali üzrə

1 m3

1,5

1 Qkal

30,0

 
2. Sayğac quraşdırılmamış mənzillərdə bir nəfər üçün aylıq isti su istehlakı norması 2 kub metr həcmində müəyyən edilsin.
3. İstilik mövsümünün başlanması və qurtarması tarixləri xidmət göstərən subyekt tərəfindən Şuraya əvvəlcədən bildirilməklə, sayğac quraşdırılmadığı hallarda istehlakçılarla hesablaşmalar həmin tarixlərə uyğun olaraq istilik təmin edilən faktiki günlərin sayına görə aparılsın.
4. Mülki qanunvericiliyə uyğun olaraq xidmət göstərən subyektlə istehlakçılar arasında xidmətlərin müqavilə əsasında həyata keçirilməsi təmin edilsin.
5. Bu qərarın subyektin təsərrüfat fəaliyyətinə təsirinin qiymətləndirilməsi, mərkəzi isitmə və isti su xidmətləri sahəsində səmərəli fəaliyyətin təşkili məqsədilə Şuranın müəyyən etdiyi iclaslarda xidmət göstərən subyekt tərəfindən hesabat təqdim edilsin.
6. Bu qərar 01 dekabr 2011-ci il tarixindən qüvvəyə minir və müvafiq xidmətlərə dair əvvəllər qəbul olunmuş tariflər qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası