İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

24.11.2011

Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 5

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

Q Ə R A R №05

Bakı şəhəri,                   24 noyabr 2011-ci il

Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə və Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:
1. Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tarifləri aşağıdakı kimi təsdiq edilsin:

Sıra

№-si

Xidmətlərin növü

İstehlakçı qrupları

Ölçü vahidi

Tariflər,

(ƏDV ilə, manatla)

I.

Bərk məişət tullantılarının yığılması və daşınması

1. Əhali

1 nəfər

0,30 (aylıq)

2. Qeyri-əhali

1 m3

10,00

1 ton

45,50

II.

Bərk məişət tullantılarının zərərsizləşdirilməsi

1 m3

1,20

1 ton

5,50

2. Mülki qanunvericiliyə uyğun olaraq xidmət göstərən subyektlərlə istehlakçılar arasında xidmətlərin müqavilə əsasında həyata keçirilməsi təmin edilsin.
3. Bu qərarın xidmət göstərən subyektlərin təsərrüfat fəaliyyətinə təsirinin qiymətləndirilməsi və bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri sahəsində səmərəli fəaliyyətin təşkili məqsədilə Şuranın müəyyən etdiyi iclaslarda müvafiq subyektlər tərəfindən hesabat təqdim edilsin.
4. Bu qərar 01 dekabr 2011-ci il tarixindən qüvvəyə minir və bu xidmətə dair əvvəllər qəbul edilmiş tariflər qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası