24.11.2011
“Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli 01 nömrəli Qərarına dəyişikliklər edilməsi barədə
QƏRAR № 10
AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
Q Ə R A R №10
Bakı şəhəri, 24 noyabr 2011-ci il
“Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli 01 nömrəli Qərarına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciətinə və Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:1. “Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli 01 nömrəli Qərarının cədvəl hissəsinin 13-cü bəndi aşağıdakı redaksiyada verilsin. 13.
Soba mazutu
97,73
10,75
11,0
12,00
140,00
2. Bu qərar 01 dekabr 2011-ci il tarixindən qüvvəyə minir.
Azərbaycan RespublikasıTarif (qiymət) Şurasının sədri Şahin Mustafayev
13. | Soba mazutu | 97,73 | 10,75 | 11,0 | 12,00 | 140,00 |
|
|