İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə ELAN EDİR

05.11.2010

Müsahibədə Tarif (qiymət) Şurasının Katibliyində barəsində elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
ərizə (2 nömrəli əlavə)
ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə)
 
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 5 noyabr 2010-cu il tarixdən 19 noyabr 2010-cu il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyinin Maliyyə, təsərrüfat və ümumi işlər sektoru tərəfindən aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. 
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyinin Maliyyə, təsərrüfat və ümumi işlər sektoruna müraciət edilə bilər.


Telefonlar:    598-38-64
İnternet sayt : tariff.gov.az
Elektron poçt: tariff@tariff.gov.az
 
 
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi

1. Struktur bölmənin adı: Tənzimləmə şöbəsi, Nəqliyyat, rabitə, sənaye və kommunal xidmətlərin tənzimlənməsi sektoru, baş məsləhətçi
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu,    Ü. Hacıbəyov küçəsi 40, “Hökumət Evi”
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Vəzifə maaşı: 416 manat
Qulluq funksiyaları
tariflərin (qiymətlərin) tənzimlənməsi üzrə dövlət siyasətinin və dövlət tənzimlənməsinin həyata keçirilməsində, o cümlədən tənzimləməyə dair normativ hüquqi aktların hazırlanmasında iştirak; 
nəqliyyat, rabitə, sənaye və kommunal xidmətlər sahəsi üzrə subyektlərin maliyyə-təsərrüfat fəaliyyəti barədə təhlillərin aparılması, müvafiq təklif və hesabatların hazırlanması; 
təsərrüfat subyektlərinin təkliflərinə (layihələrinə) baxılması üçün subyektlərdən məlumatların alınmasına dair təkliflərin hazırlanması; 
tariflərin (qiymətlərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi; 
sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması və s.
Vəzifənin tutulması şərtləri
təhsil: hüquqşünaslıq, beynəlxalq hüquq, iqtisadiyyat və idarəetmə, telekommunikasiya ixtisas istiqamətləri, elektrik təchizatı ixtisası üzrə ali təhsil;
iş stajı: azı 2 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə); xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə)


2.  Struktur bölmənin adı: Tənzimləmə şöbəsi, Nəqliyyat, rabitə, sənaye və kommunal xidmətlərin tənzimlənməsi sektoru, böyük məsləhətçi
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu,    Ü. Hacıbəyov küçəsi 40, “Hökumət Evi”
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Vəzifə maaşı: 409 manat
Qulluq funksiyaları
tariflərin (qiymətlərin) tənzimlənməsi üzrə dövlət siyasətinin və dövlət tənzimlənməsinin həyata keçirilməsində, o cümlədən tənzimləməyə dair normativ hüquqi aktların hazırlanmasında iştirak; 
nəqliyyat, rabitə, sənaye və kommunal xidmətlər sahəsi üzrə subyektlərin maliyyə-təsərrüfat fəaliyyəti barədə təhlillərin aparılması, müvafiq təklif və hesabatların hazırlanması; 
təsərrüfat subyektlərinin təkliflərinə (layihələrinə) baxılması üçün subyektlərdən məlumatların alınmasına dair təkliflərin hazırlanması; 
tariflərin (qiymətlərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi; 
sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması və s.
Vəzifənin tutulması şərtləri: 
təhsil: hüquqşünaslıq, beynəlxalq hüquq, iqtisadiyyat və idarəetmə, telekommunikasiya ixtisas istiqamətləri, elektrik təchizatı ixtisası üzrə ali təhsil;
iş stajı: azı 1 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə);
xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə)


3. Struktur bölmənin adı: Tənzimləmə şöbəsi,  Təhsil, səhiyyə və digər xidmətlərin tənzimlənməsi sektoru, baş məsləhətçi
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu,    Ü. Hacıbəyov küçəsi 40, “Hökumət Evi”
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Vəzifə maaşı: 416 manat
Qulluq funksiyaları
tariflərin (qiymətlərin) tənzimlənməsi üzrə dövlət siyasətinin və dövlət tənzimlənməsinin həyata keçirilməsində, o cümlədən tənzimləməyə dair normativ hüquqi aktların hazırlanmasında iştirak; 
Şuranın qərarlarının  yerinə yetirilməsinin göstərişə uyğun olaraq monitorinqlərin aparılmasında iştirak; 
təsərrüfat subyektlərinin təkliflərinə (layihələrinə) baxılması üçün subyektlərdən məlumatların alınmasına dair təkliflərin hazırlanması; 
təhsil, səhiyyə və digər xidmətlər göstərən subyektlərin maliyyə-təsərrüfat fəaliyyəti barədə təhlillərin aparılması, müvafiq təklif və hesabatların hazırlanması; 
sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması və s.
Vəzifənin tutulması şərtləri: 
təhsil: hüquqşünaslıq, beynəlxalq hüquq, iqtisadiyyat və idarəetmə ixtisası üzrə ali təhsil;
iş stajı: azı 2 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə);
xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə)


4. Struktur bölmənin adı: Monitorinq, təhlil və metodologiya şöbəsi, Təhlil və monitorinq sektoru, sektor müdiri
Ştat vahidinin sayı: 1
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu,    Ü. Hacıbəyov küçəsi 40, “Hökumət Evi”
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Vəzifə maaşı: 465 manat
Qulluq funksiyaları: 
qiymətlərin iqtisadi cəhətdən əsaslığı, səmərəliliyinin, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar və təhlillərin aparılmasının təmin edilməsi; 
Şuranın qərarlarının yerinə yetirilməsi ilə əlaqədar müvafiq monitorinqlərin aparılmasının və aparılmış monitorinqlərin nəticələri barəsində arayışların hazırlanmasının təmin edilməsi; 
tariflərin (qiymətlərin) tənzimlənməsi üzrə dövlət siyasətinin və dövlət tənzimlənməsinin həyata keçirilməsində, o cümlədən tənzimləməyə dair normativ hüquqi aktların hazırlanmasında iştirak; 
sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi; 
sektorun fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi; 
sektorda iş bölgüsünün aparılması və rəhbərliyin həyata keçirilməsi və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: hüquqşünaslıq, beynəlxalq hüquq, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil; 
iş stajı: azı 3 il; 
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə); 
xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə)

 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası